Çərşənbə axşamı, 30 Aprel

Rus modelin hicabda müsəlmanlara təbriki müzakirə yaratdı - Foto

image

Repçi Timatinin keçmiş sevgilisi, Rusiyanın populyar modeli Anastasiya Reşetovanın müsəlmanları müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar təbrik etməsi müzakirələrə səbəb olub.

Xəbər verilir ki, o, təbriki məscidin qarşısında uzun qapalı libas və qara hicablı fotosu ilə edib. Bu isə instaqram istifadəçilərinin qıcıqlanmasına səbəb olub. Onlar modelin imicini və müsəlmanlara müraciətini qeyri-səmimi qəbul ediblər.

“Çox gülməli görünür”, “Pravoslavları niyə təbrik etmədin? Buna layiq deyildilər?”, “Xristianları bayramın başlanğıcında təbrik etdiyiniz bir yazı varmı?”, - deyə Dni.ru saytı qəzəbli izləyicilərin şərhlərindən bir neçəsini sitat gətirib.

Sosial şəbəkə istifadəçiləri onun geyimini karnaval kostyumu ilə müqayisə ediblər və gülməli adlandırıblar.

Müsəlmanların əksəriyyəti isə Anastasiyaya təşəkkürünü bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42