Şənbə, 18 May

“III və IV qruplarda müsabiqə gərgin olacaq”

image

“Buraxılış imtahanında az bal toplayanlar da qəbul imtahanında iştirak edə bilərlər”.

Xəbər verilir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

O bildirib ki, növbəti imtahanda 100 bal toplayan şəxslər müsabiqədə iştirak edə biləcəklər: “Əvvəlki imtahanda 50 bal toplayıb may ayında, ya da yayda keçiriləcək imtahanlardan hər hansı birində 100 bal toplayan şagirdlər müsabiqədə iştirak edə biləcəklər. Əlbəttə bu, 150 ballıq ixtisaslara aiddir. Daha yüksək nəticə göstərən namizədlər isə kifayət qədər şanslıdırlar ki, ali məktəbə qəbul olsunlar. 

Onu da qeyd edim ki, dövlət sifarişli ixtisasların sayında da artım var. Bu, I qrupa aiddir. I qrup üzrə təxminən 6-7% artma var, III qrup üzrə sənədlərin sayı isə 5,3 % artıb. Dövlət sifarişli yerlərin sayında azalmanı isə II qrup üzrə müşahidə edirik. Bu da bəzi ixtisasların III qrupa keçməsi ilə əlaqədardır. Ümumi yerlərin sayı 4,65% artıb. Bu, hələ təsdiqlənməmiş rəqəmlərdir. Həmişə olduğu kimi, bu dəfə də müsabiqə vəziyyəti III və IV qruplarda gərgin olacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41