Cümə axşamı, 02 May

SON DƏQİQƏ: Şoyqu güclü İNFARKT KEÇİRDİ - Rusiya MN-nin 20 generalı HƏBS OLUNDU

image

“Şoyqu güclü infarkt keçirib Rusiya Müdafiə Nazirliyinin 20 generalı həbs olunub”.

Xəbər verilir ki, bunu rusiyalı iş adamı, “YuKOS” neft şirkətinin keçmiş rəhbəri Leonid Nevzlin “Moskvadakı mənbələrinə” istinadən Facebook-da yazıb.

İsraildə yaşayan, Rusiyada qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilmiş, eyni zamanda Moskvanın işgüzar və siyasi dairələri ilə əlaqələrini qoruyan Leonid Nevzlin Rusiya Müdafiə Nazirliyinin rəhbərinin səhhəti barədə açıqlama verib.

Sergey Şoyqunun güclü infarkt keçirdiyi, reanimasiyada olduğu və əlil ola biləcəyi iddia edilir.

Nevzlinin sözlərinə görə, Şoyqu “təbii olmayan səbəblərdən” infarkt keçirə bilərdi.

“Şoyqu oyunu tərk etdi, sağ qalsa, əlil ola bilər. Qəfildən güclü infarkt keçirdi, reanimasiyadadır, aparata qoşulub”, – deyə iş adamı yazıb.

O, həmçinin bildirib ki, RF Müdafiə Nazirliyinin 20 generalı həbs edilib. Səbəb 2014-cü ildən bəri məmurların Putinin genişmiqyaslı işğala hazırlaşmaq üçün ayırdığı xeyli pulu oğurlaması ola bilər.

“Müdafiə Nazirliyinin 20 generalı həbs edilib. Bütün qərargah zabitləri həbsdədir. Artıq hər şey aydındır. Putinin Ukraynanı işğal etmək üçün ayırdığı 10 milyard dollar oğurlanıb”, – deyə Nevzlin əlavə edib.

İş adamı Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviçə qarşı cinayət işinin başlandığını öyrənib. Onun həmkarları və dostlarının əleyhinə ifadə verməsi gözlənilir. Putinin keçmiş müşaviri Vladimir Surkov isə ev dustaqlığına buraxılıb. O, müharibəyə hazırlıq üçün ayrılan pulları oğurlamaqda şübhəli bilinir. Eyni işdə 20 general da həbs edilib.

Rusiyada isə Nevzlinin açıqlamasına hələlik münasibət bildirilməyib. Kreml Şoyqunun mümkün infarkt keçirməsi ilə bağlı məlumatı hələlik təsdiqləməyib, lakin təkzib də etməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15