Cümə axşamı, 02 May

Kiyev Moskvaya hədə-qorxu gəlir - Müharibə Rusiya ərazisinə keçə bilərmi?

image

“Əslində, bu bəyanatların təməlində Rusiyada baş verən proseslər, həm də Rusiya daxilində bəzi etirafların dilə gətirilməsi məsələsi var”.

Bunu açıqlamasında BAXCP-nin ictimai-siyasi əlaqələr üzrə sədr müavini Elçin Mirzəbəyli deyib.

O, Ukrayna rəsmilərinin son günlər Rusiyaya qarşı hədə-qorxu dili ilə danışması faktına münasibət bildirib.

Xatırladaq ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç ötən gün bildirib ki, əgər rəsmi Moskva Kiyevə zərbə endirsə, Ukrayna bunu cavabsız qoymayacaq.

E. Mirzəbəyli qeyd edib:

“Müharibə uzandıqca və itkilər artdıqca, Rusiya ictimaiyyətində müəyyən etirazların ortaya çıxmasına zəmin yaranır və daxili sabitlik pozulur. Son dövrlərdə Ukraynaya həm maliyyə, həm də hərbi dəstək artır və müharibənin uzandığını görən Qərb Ukraynanın müqavimət gücünün artırılması üçün ona daha güclü silahlar verir”.

BAXCP funksioneri avropalı rəsmilərin Kiyevə səfərlərinə toxunub:

“Artıq bir sıra dünya liderləri Kiyevə səfər edir və onlarda Rusiya xofunun olmadığını Ukrayna cəmiyyətinə, eyni zamanda, Rusiyaya nümayiş etdirirlər. Polşa, Latviya, Litva, Estoniya prezidentlərinin səfəri, ondan öncə isə Böyük Britaniya Baş naziri Boris Consonun səfərini və Ukraynada verdiyi bəyanatları xüsusi olaraq nəzərə almalıyıq. Eyni zamanda, Avropa təsisatlarının da təmsilçiləri Kiyevə gəliş-gedişi intensivləşdiriblər.

Qənaətimə görə, bütün bunlar Ukraynaya hərbi ritorikanı artırmaq imkanı verir və ukraynalılar Rusiyanın müəyyən qədər zəif cəhətlərini hiss etməyə başlayıb, bu, onları ruhlandırır. 

Bununla belə, döyüş əməliyyatlarının Ukrayna ərazisindən Rusiyaya keçəcəyini gözləmirəm. Bu, gələcək perspektivdə daha ciddi problemlərə yol aça və Rusiyanın nüvə təhdidini artıra bilər. Rusiyaya belə bir bəhanənin veriləcəyi gözlənilmir. İndiki şərtlər çərçivəsində müharibənin hələ müəyyən bir zaman kəsiyində uzanacağı ehtimalı da var”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15