Bazar, 19 May

Ukrayna hərbçiləri Rusiyanın ən yeni PUA-sını vurdular – FOTO

image

Ukrayna hərbçiləri aprelin 7-də Rusiyanın ən yeni pilotsuz uçuş aparatı (PUA) olan “Orion”u vurublar.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən məlumat verilib.

“Orion” PUA-sı orta hündürlüklü, böyük uçuş məsafəsinə malik aparatdır. Göyərtəsindəki avadanlıq müəyyən məkanda uzun müddət vizual, radiolokasiya və radiotexniki kəşfiyyat aparmağa imkan verir.

Müxtəlif təyinatlı dörd hərbi sursatla, o cümlədən “hava-yer” tipli raketlərlə təchiz edilə bilər.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41