Cümə, 17 May

“Real TV”-dən Rus işğalına dəstək mesajı – Sensasiya

image

Təxminən 1 aydan çoxdur ki, Rus ordusunun Ukraynanı işğal məqsədilə başladığı müharibə davam edir. Müharibənin ilk günlərindən etibarən bütün dünya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rus işğalını pisləyən mövqe sərgiləyir. Lakin bununla yanaşı Rus işğalına haqq qazandıran və bu əməli dəstəkləyənlərə də rast gəlinir.

Azərbaycanda da müharibənin ilk günlərindən etibarən bir sıra siyasi şərhçilər və informasiya resursları Rusiyanı dəstəkləyən, işğala haqq qazandıran mövqe və açıqlamalarla yadda qalıb. Bu gün isə Rus dəstəkçiləri sırasında daha bir media qurumunun, “Real TV” yer aldığı məlum olub. Belə ki, “Real TV”-də yayımlanan “Məzənnə” verilişinin logosunda Rus ordusunun Ukrayna işğalının əsas simvolu hesab edilən “Z” hərfinin xüsusilə qabardıldığı müşahidə olunur.

Artıq bütün dünyada “Z” və “V” hərfləri Rus ordusunun Ukrayna işğalının əsas simvolikasına çevrilib. Bir sıra ölkələr “Z” və “V” hərflərinin xüsusi vurğulandığı aksesuarların, o cümlədən yazılı şüarların istifadəsini qadağan edib. Bu addımın Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək və Ukrayna ilə həmrəyliyi göstərmək məqsədi daşıdığı aydındır.

Hər kəsin yerini bəlli etdiyi belə bir vaxtda “Real TV”-nin “Z” simvolikasından istifadə etməklə hansı mesajı verməyə çalışdığı isə məlum deyil. Bu addım bir neçə gün əvvəl efirdə Rusiyanı tənqid edən kanal rəhbərliyinin öz çıxışlarında nə dərəcədə səmimi olduğu ilə bağlı şübhələr yaradır.

Ukraynadakı rus tanklarının üzərindəki “Z” hərfi işğalın universallaşmış simvoludur. Görəsən “Real TV” rəhbərliyinin, o cümlədən “MəZənnə” verilişinin quruluşçu heyətinin bundan xəbərləri varmı? Artıq bir neçə gündür efirdə yayımlanan verilişlə hansı mesajı verməyə çalışırlar?

Düşünən hər bir insanın asanlıqla fərqinə varacağı bu detalın təsadüf olması və nəzərlərdən qaçması ehtimalı olduqca azdır. O zaman sual yaranır, “Real TV”-nin Azərbaycanda Rus təbliğatı aparmaqdakı maddi marağı nədir?

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58