Cümə, 17 May

Nigar Qurbanovanın SSRİ sevdasının bilinməyən məqamları

image

Araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə hesabında Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin üçüncü katibi Nigar Qurbanova ilə bağlı paylaşım edib. Jurnalist Nigar Qurbanovanın Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun SSRİ təbliğatının dəstəkçisi olduğu ilə bağlı faktlara yer verib.

O, öz facebook hesabında yazıb: “Nigar Qurbanova nədən Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun SSRİ təbliğatının dəstəkçisi olsun? Rauf Qurbanovun ailə üzvü olduğu üçünmü? Bu diplomatik vəzifəni ona dövlətmi həvalə edib, yoxsa açıq imperiya təbliğatı aparan, SSRİ simvollarını yenidən beyinlərə sırımağa çalışan, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə görə Azərbaycandan Moskvaya dəstək bəyanatı göndərən Sovet İttifaqı Kommunist Partiyaları İttifaqının Mərkəzi İcraiyyə Komitəsinin üzvü Rauf Qurbanovmu?”

XİN-in diplomatı eyni dəstəyi Rauf Qurbanovun Ukraynaya müdaxiləyə haqq qazandıran məlum bəyanatının altında da bəyənmə ilə ifadə edib.

“Müstəqil Azərbaycan Respublikasının Parisdə, mötəbər beynəlxalq təşkilatda təmsil olunan diplomatı SSRİ-nin bu qədərmi xiffətini çəkir?” deyə Cavanşir Həsənli qeyd edib.

Yəqin ki, XİN bu məsələ diplomatın "şəxsi işidir" deyib üstündən keçməz.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58