Cümə, 17 May

Erməni təxribatçılar Qarabağdan çıxarılır? – AÇIQLAMA

image

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə təşkil edilən görüşdən sonra Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılması məsələsi aktuallaşıb.

Bu prosesin sürətləndirilməsini zəruri edən məsələlərdən biri də sözgedən qüvvələrin tez-tez təxribatlara əl atmasıdır.

Maraqlıdır, erməni silahlı qüvvələrinin çıxarılması yaxın zamanlarda gerçəkləşə biləcəkmi?

Mövzu ilə bağlı danışan deputat Naqif Həmzəyev sülhməramlıların təxribatçıları zərərsizləşdirməli olduğunu bildirib:

"44 günlük müharibədə Azərbaycanın zəfər qazanması regionla bağlı yeni reallıqlar yaradıb. Ermənistanda bu reallıqlarla barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələr isə regionda davamlı sülhün yaranmasına təhdid olaraq qalmaqdadır. Onlar Azərbaycanla yeni müharibəyə hazırlaşmaq, itirilmiş hesab etdikləri torpaqları yenidən geri almaq istəyirlər. Təəssüflər olsun ki, məlum hadisə də bu məqsədə xidmət edir. Lakin istənilən halda regionda xidmət aparan Rusiya sülhməramlıları baş verənlərdən nəticə çıxarmalı və ermənilərin Azərbaycan ərazisindəki qeyri-qanuni birləşmələrini zərərsizləşdirmək yönündə hərəkətə keçməlidir”.

Millət vəkili əks halda Azərbaycanın antiterror əməliyyatlarına başlamaq hüququnu özündə saxladığını xatırladıb:

"Baş verənlərlə bağlı tədbirlər görülməyəcəyi təqdirdə Azərbaycanın antiterror əməliyyatı keçirməyə tam hüququ çatır. Lakin prosesin bu məcrada inkişaf edəcəyini düşünmürəm. Belə ki, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi, komissiyanın fəaliyyətinin nəticələri qısa müddətdə hər kəsə məlum olacaq. Belə ehtimal var ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və sülh danışıqlarına başlanılsın.

Azərbaycan öz mövqeyində qətidir. Bu tarixdən sonra bizim üçün regionda sülh və sabitlik lazımdır. Regionda kommunikasiyaların açılması, iqtisadiyyatın inkişafı, insanların sosial rifahının yaxşılaşdırılması prioritetdir. Ermənistan tərəfi də bunu anlayır. Əgər onlar Azərbaycanın sülh təklifini qəbul etməsələr, özlərinin acı aqibətlərini sürətləndirmiş olacaqlar”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58