Bazar, 19 May

ABŞ-ın indiyədək Ukraynaya göndərdiyi silahlar - Siyahı

image

Fevralın 24-dən indiyədək ABŞ Ukraynaya 1,7 milyard dollardan çox yardım edib.

Xəbər verilir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.

“Administrasiya Ukraynanın prioritet təhlükəsizlik yardımı tələblərini yerinə yetirmək üçün gecə-gündüz işləyir, ABŞ ehtiyatlarından silahlar mövcud olduqda çatdırılır” - məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, indiyədək ən azı 1400 Stinger zenit sistemi, 5000-dən çox Javelin zireh əleyhinə sistemlər, 7000-dən çox atıcı silah, 50 milyon güllə, 45 000 dəst zireh və dəbilqə, lazerlə idarə olunan raket sistemləri, gecə görmə cihazları, termal görüntü sistemləri və s. hərbi avadanlıqlar Ukraynaya göndərilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41