Bazar, 19 May

Bergenin qatili film şirkətini məhkəməyə verdi

image

Müğənni Bergeni öldürən keçmiş əri Halis Serbest “Bergen” filmində “şəxsi hüquqlarının pozulması”nı əsas gətirərək film şirkətini məhkəməyə verib. 

Xəbər verilir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Serbestin vəkili Taylan Perver Yalnız müvəkkilinin həyatının onun razılığı olmadan lentə alındığını deyib. "Müvəkkilimə inanılmaz dərəcədə ölüm təhdidləri gəlir. Sosial şəbəkədə daim təhqir olunur. Film razılıqsız çəkilib", - deyə o əlavə edib.

Qeyd edək ki, baş rollarda Farah Zeynep Abdullah, Tilbe Saran və Erdal Beşikçioğlunun yer aldığı film böyük marağa səbəb olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41