Bazar ertəsi, 29 Aprel

Hərbi hissədə əsgər döyülüb - DİN-dən açıqlama

image

Azərbaycanda hərbçinin döyülməsini əks etdirən görüntülər yayılıb. Bildirilib ki, video Daxili Qoşunların N saylı hərbi-hissələrindən birində çəkilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə baş verdikdən sonra nazirlik tərəfindən xidməti yoxlama aparılıb:

“Daxili Qoşunların N saylı hərbi-hissələrindən birində əsgərin döyülməsi ilə bağlı bu gün yayılmış videogörüntülər ötən il qeydə alınıb.

Fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarından xidmətdən xaric edilib. Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilməsi təmin ediləcək”.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42