Çərşənbə axşamı, 30 Aprel

Mahirin bəxti yenə gətirmədi: Zərbəsi tirə dəydi

image

Xəbər verdiyimiz kimi, millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su dünən Xorvatiya çempionatında 30-cu tur oyununu keçirib.

Xəbər verilir ki, Jelko Kopiçin baş məşqçisi olduğu komanda evdə autsayder "Draqovolyaç"la qarşılaşıb. Oyun "Dİnamo"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir matçın 70-ci dəqiqəsində Bruno Petkoviçin əvəzinə meydana daxil olub.

Xorvatiyanın “Jutarnji list” nəşri yazır ki, Emrelinin zədəsini sağaldıb yenidən oyunda iştirak etməsi müsbət faktdır. Qəzet yazır ki, dünənki görüşdə Mahirin qol vurmaq imkanı olsa da, onun zərbəsindən sonra top qapı tirinə dəyib.

“Artıq ikinci dəfədir ki, Mahirin zərbəsi tirə tuş gəlir. İlk dəfə “Maksimir”də “Şibenik”ə qarşı matçda belə hadisə baş vermişdi. Top tirə dəyməsəydi, bəlkə də maraqlı olmazdı. Bu belə zərbələrinə görə ustaya çevrilib. Yeri gəlmişkən, “Maksimir”dəki həmin görüşdən əvvəl Mahir öyünürdü ki, Polşa liqasında onun 5 zərbəsi qapı dirəyinə dəyib”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42