Cümə axşamı, 02 May

Putinin Ukrayna ilə bağlı şok planı ortaya çıxdı: Ölkəni tutduqdan sonra…

image

Britaniya kəşfiyyatının məlumatına görə, Vladimir Putinin Ukraynanı işğal etmək planlarına məhkəməsiz edamlar da daxildir.

Bu barədə MI6-nın rəhbəri Riçard Mur özünün Tvitter hesabında yazıb.

“Biz bilirdik ki, Putinin işğal planlarına onun hərbi və kəşfiyyat xidmətləri tərəfindən məhkəməsiz edamlar daxildir. Azad edilmiş ərazilərdən mülki şəxslərin edam üslubunda öldürülməsi ilə bağlı xəbərlər dəhşətlidir”,-Britaniyanın baş kəşfiyyatçısı bildirib.

Qeyd edək ki, aprelin 2-də Kiyev vilayətinin Buça şəhərinin meri Anatoli Fedoruk bildirib ki, şəhər rus ordusundan azad edildikdən sonra 280 nəfər kütləvi məzarlıqlarda basdırılıb. Onun sözlərinə görə, Buçanın küçələri cəsədlərlə doludur.

Prezident aparatının rəhbərinin müşaviri Mixail Podoliak Buça küçələrində əlləri bağlı öldürülən mülki şəxslərin fotosunu dərc edib.

İnternetdə isə İrpen və Jitomir şossesində ruslar tərəfindən işgəncələrə məruz qalaraq öldürülən dinc sakinlərin fotoları da dərc olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15