Bazar ertəsi, 06 May

Ukraynaya kim və hansı cəsarətlə qarantiya verir?

image

Ukrayna NATO-ya üzvlükdən imtinaya, “neytral status”la bağlı Rusiyanın əsas tələbini yerinə yetirməyə hazır olduğunu elan edib. Hətta bu “statusda” aşağılayıcı məqamlar da var: müəyyən silahlara sahib olmama, öz sərhədləri daxilində hər hansı hərbi təlim keçirən zaman müqavilədə imzası olan ölkələrin razılığı və s. Bu, az qala İkinci Dünya müharibəsindən sonra təslim olan Almaniya və Yaponiyaya tətbiq edilən şərtlərdir. Dolayısı ilə Rusiya Ukraynaya kapitulyasiya şərtləri diktə edir və buna da nail olur.

Ukrayna bu tələblərə ümumən razıdır, amma “şərt” irəli sürüb, bir neçə ölkənin təhlükəsizlik qarantını istəyir. Bu ölkələr sırasında ABŞ, Britaniya, Türkiyə və s. adı çəkilir.

Ukraynaya təhlükəsizlik qarantı söz verənlər buna nə qədər hazırdır?

1994-cü ildə imzalanan Budapeşt memorandumu ilə Ukrayna nüvə silahından rəsmən imtina etdi, əvəzində isə onun təhlükəsizliyinə, suverenliyinə 3 ölkə - Rusiya, ABŞ və Böyük Britaniya qarant durdu.

Ukraynanın suverenliyinə qarant duran ölkələrdən biri – Rusiya 2014-cü ildə Krımı anneksiya edəndə ABŞ və Britaniya Moskva ilə heç bir açıq müharibəyə-filan qalxmağı ağıllarının ucundan belə keçirmədilər, hətta sərt sanksiyalar da tətbiq edilmədi – bir az tənqid etdilər, bir az pislədilər, bir-iki yüngülvari sanksiya oldu, vəssalam!.

Rusiya Ukraynanın materik hissəsini parçalamağa girişəndə, Donetsk və Luqansk “respublikalarını” qondaranda isə həmən kollektiv Qərb qollarını çirmələyib, başda ABŞ-Britaniya olmaqla, Fransa və Almaniyanı da işə qatıb, “Minsk qrupu” formalaşdırdılar və həm Luqansk, həm də Donetsk separatçılarını danışıqlarda tərəfə çevirən, yəni Ukraynanın suverenliyini ciddi təhdid edən Minsk razılaşmalarını imzalamağa Kiyevi məcbur etdilər.

Bununla da Qərbin ən böyük gücləri Ukraynanın suverenliyinə necə qarant olduğunu göstərdilər.

NATO üzvü olub-olmamağın nə anlamı var ki! Faktiki olaraq Ukraynanın suverenliyinə qarant olan ölkələr – ABŞ və Britaniya elə NATO-nun iki ən böyük nüvə gücü, ABŞ isə dünyanın ən qüdrətli ordusuna sahib deyilmi? Bəs, Budapeşt memorandumunu əsas götürüb, Ukraynanı niyə müdafiə etmir?

Sabah Rusiya Polşaya hücum edərsə, ABŞ-ın cəsarəti çatacaqmı NATO Nizamnaməsini “əsas” götürsün?

Ukraynanın suverenlik, təhlükəsizlik qarantı tələb etməsi doğrudan da gülməlidir. Əvvəla, ölkənin BMT səviyyəsində tanınan əraziləri işğal olunub, işğal davam edir, hansı “suverenlik” təminatı ola bilər?

İkincisi, Ukraynanın təhlükəsizliyini təmin etməyə, suverenliyini qorumağa kim qadirdir? Yenə ABŞ? Kim “qarant” verir ki, ABŞ-ın və ya digərinin Ukraynaya qarant olması 1994-cü ildəki razılaşmadan daha “etibarlı” olacaq?

Əgər ölkələr nüvə gücünü dayandırmaq imkanına malik deyillərsə, hansı təhlükəsizlik qarantından söhbət gedir?

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58