Çərşənbə, 15 May

İrəvanın növbəti OYUNBAZLIĞI: Paşinyanın “sülh” çağırışları nə vəd edir?

image

“Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələri son təxribatları ilə artıq əndazəni keçirlər. Bir neçə gün öncə halbuki Paşinyan sülh çağırışları ilə çıxış edib. Bu cür təxribatlar davam etdiyi müddətdə bu çıxışlar müxtəlif məqsədlər daşıyır. Məqsəd əvvəla beynəlxalq ictimaiyyəti çaşdırmaq, ikincisi Azərbaycan tərəfinin anti-terror əməliyyatını gecikdirməkdir”.

Bu sözləri açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə ermənilər əmindirlər ki, beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq hərbi gücümüzlə bərqərar etdiyimiz suverenliyimizə bundan sonrakı təhdidlər ən yaxın vaxtda müharibənin 45-ci gününü gətirə bilər və elə 1 günlə də dəmir yumruğun başlarına dəyməsi kifayət edər ki, oyunbazlıqlarını kənara qoyub imza atdıqları sənədin maddələrini icra etsinlər:

“Belə olduqda bu dövlətin çağırışları da sülh oyunbazlığından başqa heçnə ola bilməz. Görünür ki, özlərini “adam” kimi aparmağa onlara mane olan və ya vadar edən səbəblər var. Səbəblərdən ən başlıcası Paşinyanın şəxsiyyət ikiləşməsi, dövlət və cəmiyyət olaraq maraqlarına uyğun gələn hər şeyin onlar üçün mübah olmasıdır. Digər vacib məqam isə Rusiya faktorudur. Rus “sülhməramlıları” məramlarına uyğun fəaliyyət göstərməməkdən ziyadə, bu təxribatlara təkan verəcək addımlar belə atmaqdan çəkinmir.

Bir neçə gün öncə Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyagin “News1″ kanalında çıxışı zamanı ölkəmizi aqressiyada günahlandırıb və buna qarşı sərt addımlar atmağı zəruri hesab edib. Səbəb də Fərrux kəndi ilə bağlı olaylarda prinsipiallıq göstərməyimizdir. Fərrux kəndi də, digər müvafiq ərazilər də Rusiya “sülhməramlılarının” müvəqqəti yerləşdiyi ərazidədir. Müvəqqəti yerləşdiyi, mülkiyyətinə verildiyi deyil! Rusiyanın özünün də tərəf olduğu bəyannamələrdə müvafiq ərazilərin Rusiyanın tərkibinə verilməsi yoxsa müvəqqəti yerləşdirilməsi müddəası yer alıb?!”.

Z. Qarayeva vurğulayıb ki, Azərbaycan Rusiya ilə normal müttəfiqlik münasibəti olan ölkədir və hər hansı bir şəkildə də Rusiya ilə bağlanan sazişlərə, müqavilələrə qarşı davranış sərgiləmir:

“Azərbaycan Rusiya ilə normal, dost münasibətləri saxlamaqda maraqlıdır. Rusiyaya qarşı sanksiyalarda iştirak etmir. Demək ki, məqsəd vassal Ermənistanın köləlik qarşılığında “haqq”larını müdafiə etməkdir. Belə məqamda paradoks vəziyyət ortaya çıxır. Rusiya Ukrayna məsələsini “qırmızı xətt” elan edərək müharibə başlatdığı bir vaxtda Azərbaycanın eyni çizgisini pozmağa davam edir.

Rusiya da, Ermənistan da, elə müvafiq məsələdə maraqlarının üst-üstə düşdüyü Qərb də unutmamalıdır ki, Azərbaycan üçün “qırmızı xətt” isə Qarabağda sonuncu erməni silahlı quldurun və faşistin də çıxarılması və ya tərk-silah edilməsidir. Bu hədəfə çatılmayınca dövlətimiz və ordumuz haqq savaşına istənilən müstəvidə davam edəcək. Bütün bu absurdlara xitam verilməyənədək qarşı tərəflər Bakının hücum əmrinə hazır olsunlar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00