Cümə, 03 May

Ərdoğan dünyanın diqqət mərkəzində - “Nobel” verilə bilər”

image

Türkiyə Ukrayna və Rusiya ilə müharibəni bitirmək üçün diplomatik səylərini davam etdirir. Bu çərçivədə Antalya Diplomatiya Forumundan sonra İstanbulda da Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar keçirilib.

Xəbər verilir ki, görüşdən sonra həm Rusiya, həm də Ukraynadan müsbət mesajların gəlməsi ilə yanaşı,

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi vasitəçilik fəaliyyəti dünya mətbuatında böyük marağa səbəb olub.

İstanbulda baş tutan tarixi görüş Hollandiyanın yüksək tirajlı qəzetlərindən biri olan “Algemeen Dagblad”da geniş işıqlandırılıb.

Qəzetin əməkdaşı Saskiya van Vesthrinen məqaləsində Prezident Ərdoğanın Ukrayna-Rusiya müharibəsini sona çatdırmaq üçün yaratdığı sıx diplomatik axını vurğulayıb. O, Türkiyə liderinin təşəbbüslərini yüksək qiymətləndirib.

Holland jurnalist məqaləsində qeyd edib:

“Prezident Ərdoğan Ukrayna-Rusiya müharibəsinin sona çatması və sülhün bərqərar edilməsi istiqamətindəki fəaliyyətinə görə “Nobel” sülh mükafatına layiq görülə bilər. Bu, kimin ağlına gələrdi?”

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15