Bazar ertəsi, 06 May

Rusiyadan Avropaya nəql edilən təbii qazın axını kəsilib

image

Yamal-Avropa qaz kəməri ilə (Belarus və Polşadan Almaniyaya keçir) Rusiya Federasiyasından Avropaya qazın Malnov məntəqəsindən (Almaniya) nəqli sıfıra enib.

Lakin təbii qazın axınının hansı səbəbdən kəsildiyi barədə hələlik məlumat yoxdur. 

Digər iki əsas boru kəməri marşrutu üzrə axınlar ümumilikdə sabit qalıb.

Verilən digər məlumata görə isə, Rusiya qazının Avropaya “Şimal axını 1” boru kəməri və Velke-Kapuşanı(Slovakiya) məntəqəsi ilə nəqli ümumilikdə sabit qalıb.

Qeyd edək ki, Rusiyada Avropaya qaz nəqli üçün ödənişlərin ən qısa zamanda rubla köçürülməsi barədə qərar qəbul edilib.

Lakin Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti V. Putinlə söhbətində qazın pulunu rublla ödəməyin mümkün olmadığını qeyd edib.

Yamal boru kəməri ilə Avropa qaz tranzitinin xəritəsi:

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58