Bazar, 05 May

Rusiya-Ukrayna danışıqları başladı - CANLI

image

Ukrayna və Rusiyanın danışıqlar nümayəndə heyətləri İstanbulda görüşüb.

Xəbər verilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya və Ukrayna nümayəndə heyətləri ilə Dolmabahçe sarayında keçirilən danışıqlar görüşündə iştirak edib. 

"Türkiyə olaraq məsuliyyəti öz üzərimizə götürməkdən çəkinməmişik və qaçmırıq. Tezliklə atəşkəsə nail olmaq hər kəsin marağındadır. Düşünürük ki, danışıqlardan konkret nəticələrin alınmalı olduğu dövrə qədəm qoyduq", - Türkiyə lideri bildirib. 

10:50

Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün İstanbulun Dolmabağça Sarayına gəlib.

Xəbər verilir ki, Türkiyənin vasitəçiliyi ilə ilə baş tutacaq Rusiya-Ukrayna danışıqlarında minimum proqrama humanitar məsələlər, maksimum proqrama atəşkəs daxildir. 

Ukrayna XİN başçısı Dmitri Kuleba vurğulayıb ki, Kiyev "ərazilərdən, xalqdan və suverenlikdən imtina etməyə" hazır deyil.

Kremlin sözçüsü Dmitri Peskov da öz növbəsində bildirib ki, danışıqların mövzusu məhbusların mübadiləsi deyil.

Qeyd edək ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu artıq görüşlərin keçiriləcəyi əraziyə gəlib.

Görüşün dinc şəraitdə keçirilməsi üçün İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib. 

Rusiyanın nümayəndə heyəti isə Türkiyəyə dünən gəlib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15