Şənbə, 04 May

Nüvə müharibəsi Kremlin sonu olacaq – Heyl

image

 

Rusiyanın müharibə planları istədiyi kimi getmir. Təəssüf ki, hücumlar daha da artacaq.

Xəbər verilir ki, bu sözləri amerikalı politoloq Henri Heyl deyib.

O bildirib ki, müharibə uzandıqca Rusiyada varislik problemi yaranıb:

"Bu vəziyyətdə Rusiya nüvə müharibəsi variantını dəyərləndirməyi düşünür. Ölkə rəhbərliyi də öz səlahiyyətlərindən istifadə edərək belə bir sərəncam verə bilər. Lakin rus xalqı ümumiyyətlə nüvə müharibəsini istəmir. Çünki onlar Ukrayna və Rusiyanın eyni xalq olduğunu düşünür. Nüvə silahından istifadə eyni zamanda Rusiya rəhbərliyinin süqutuna da səbəb ola bilər".

Heyl qeyd edib ki, ABŞ Çinin Rusiyaya yardım etməsindən, o cümlədən hərbi və maliyyə yardımından danışır:

"Əgər Rusiya iqtisadiyyatı zəifləyibsə, Çinin yardımı da onu zəiflədəcək. Bu, çox təhlükəli vəziyyət olardı. Rusiyanın dünya səhnəsindəki vəziyyəti müharibədəki hərəkətlərinə təsir edəcək. Rusiya lideri Putin vəzifədən uzaqlaşdırılsa, yeni administrasiya gəlsə, Rusiya öz daxilində yeni nizam yaradacaq. Lakin Rusiya müharibəni davam etdirsə, ölkədə daha avtokratik sistem olacaq".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15