Şənbə, 04 May

“Rusiyanın hücum planı dəyişib”

image

“ABŞ hesab edir ki, Rusiya hücum əməliyyatının uğursuzluğuna görə Kiyevə hücum etməkdənsə, Ukraynanın şərqini ələ keçirməyə diqqət yetirəcək”.

Xəbər verilir ki, “Röyters” bu barədə Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən yazır. Bildirilir ki, Rusiya qüvvələri Zelenskinin ofisi ilə danışıqlar zamanı təsir rıçaqlarına sahib olmaq üçün Donbası ayıracaq  və regionu müdafiə edən Ukrayna ordusunun qarşısını kəsməyə çalışacaq.

“Cümə günü Rusiya “xüsusi əməliyyatın” birinci mərhələsinin demək olar ki, başa çatdığını və əsas diqqətini Donbasın tam “azad edilməsinə” yönəldəcəyini bildirib. Onlar buna daha çox üstünlük verirlər və biz razılaşırıq ki, bizim məlumatlarımız buna uyğun gəlir”, - deyə adının açıqlanmasını istəməyən məmur jurnalistlərə bildirib.

Qeyd edilib ki, ABŞ Rusiya qüvvələrinin Donbas bölgəsində daha aqressivləşdiyini izləyir.

“Onlar, əlbəttə ki, bunu özlərinə prioritet hesab etdilər”, - nazirlik sözçüsü əlavə edib.

Qeyd edək ki, Rusiya qoşunları Kiyev yaxınlığında müdafiə mövqeyi tutur. Eyni zamanda, Ukrayna ordusu tədricən Çerniqov istiqamətində irəliləyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40