Cümə axşamı, 16 May

Maskanın dövranı bitir? - İnfeksionist: “Artıq kollektiv immunitet formalaşıb“

image

Qapalı məkanda maska taxma qadağası ləğv edilə bilər".

Bunu açıqlamasında infeksionist Mərdan Əliyev bildirib.

Qeyd edək ki, bir neçə gündür ki, qapalı məkanlarda maska qadağasının ləğv olunacağı ilə bağlı şayiələr dolaşır. Artıq bəzi dövlətlərdə də bu məhdudiyyət aradan qaldırılıb.

"Artıq  kollektiv immunitet formalaşıb. Bundan öncə karantinə görə yoluxma azalırdısa, indi heç bir karantin olmadan, əksinə, karantinin yumuşaldılması fonunda azalma müşahidə olunur", - deyə M. Əliyev vurğulayıb.

O əlavə edib:

"Deməli, yoluxma sayında təbii azalma gedir. Əhalinin 80-85%-i virusla təmasda olub və immunitet qazanıb. Yaz və qarşıdakı yay aylarında maskadan istifadə və peyvənd sertifikatı tələbi  mənasını itirir. 

Digər Avropa ölkələrində də yanvar ayından etibarən müəyyən yumuşalmalar olub. Mart ayından etibarən maskaların və sertifikatların istifadəsi də ləğv edilib. Hətta Türkiyədə də maska istifadəsi aradan qaldırılır. 

Yəqin ki, restoranlarda, böyük ticarət mərkəzlərində, şadlıq saraylarında maskadan istifadə olunmayacaq. Çünki bu yerlərdə sosial məsafə saxlamaq qeyri-mümkündür.

Yalnız avtobuslarda  insanlar çox yaxın təmasda olurlar və nəfəs-nəfəsə qalırlar. Ona görə də, nəqliyyatda maska istifadəsi tələbi qala bilər. Peyvənd sertifikatlarının da aradan qaldırılmasının vaxtı gəlib-çatıb”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00