Bazar, 19 May

Qarabağdakı ermənilər panikaya düşdü, İrəvana üz tutdu...

image

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşən rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında məskunlaşan ermənilər arasında yeni panika başlayıb.

Xəbər verilir ki, erməni separatçı tör-töküntüləri guya Azərbaycanın Qarabağdakı ermənilərə qarşı “qeyri-insani” münasibətini göstərmək üçün vay-şüvən salaraq, “Azərbaycanın qazı kəsdiyi, suyu isə zəhərlədiyi” haqda təbliğat xarakterli yalan səsləndiriblər.

Bu xəbəri eşidən Xankəndidəki ermənilər panikaya düşüblər, su içməkdən imtina ediblər və Ermənistana üz tutublar.

Az sonra öz yalanlarının öz başlarında çatladığını görən erməni separatçılar suyun zəhərlənməsi barədə informasiyanın yalan olduğunu, hazırda Qarabağda içməli suyun keyfiyyətində hər hansı narahatlıq yaranmadığı haqda məlumat yayıblar və erməniləri panikaya düşməməyə çağırıblar.

Əlbəttə ki, bu yalanı yayanlarla bağlı araşdırılma aparılacağı vədi də verilməyib. Çünki belədə özlərini “həbs etməli” olacaqlar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41