Cümə axşamı, 16 May

Əhməd İsmayılovdan innovasiya - Kağız qəzetlərə vəsait ayrıldı! 

image

13 mart tarixində Medianın İnkişafı Agentliyi tərəfindən 19 qəzetin hesabına bu ilin yanvar-fevral ayı üçün nəzərdə tutulan vəsait köçürülüb. İnternet qəzetlərinin geniş yayıldığı və demək olar ki, hər kəsin onlayn sferaya daxil olduğu bir dövrdə kağız qəzetlərə maliyyənin ayrılması isə bir sıra suallar doğurur.

Xatırladaq ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini gənclər təşkil edir. Gənclər üçünsə məhz onlayn resurslar məlumat mənbəyi kimi çıxış edir. Oxşar tendensiya digər yaş qurupları daxilində də çox yüksəkdir. Bu da təbii olaraq onlayn resursların fəaliyyətini, internet xəbərçiliyinə daha çox tələbatın yaranmasını şərtləndirir. Buna parallel olaraq da kağız qəzetlərin oxunması və davamlı izləyicilərinin sayı hər keçən gün azalır. Hazırda Azərbaycan media məkanında heç bir kağız qəzet onlayn xəbər resursları ilə rəqabət aparacaq səviyyədə deyil.

Maraqlısı odur ki, maliyyə yardımı ayrılan qəzetlər həqiqətən informasiya məkanında ciddi çəkiyə malik olan resurslardırsa, nə üçün fəaliyyətlərini onlayn məkana transfer edilməsi istiqamətində iş görmürlər?

Hətta müşahidələr onu göstərir ki, bu qəzetlər onlayn istiqamətdə yönəlməyə cəhd belə göstərmir, əksinə şeir, poeziya fəaliyyəti göstərirlər. Cavab çox sadədir: Dövlət tərəfindən maliyyə imkanları təmin edildiyi müddətcə başqa heç bir şeyə ehtiyac yoxdur. Hətta qəzetin informasiya resursu funksiyasını necə yerinə yetirməsi belə maraqlı deyil. Qəzetin adı varsa və ona maliyyə ayrılırsa, deməli hər şey qaydasındadır.

Halbuki, bu qəzetlər “Musavat”qəzetinin nümunəsindən çox asanlıqla fayadana bilərdilər. Musavat qəzeti qısa zamanda daimi izləyici kütləsini onlayna gətirməyi bacardı və hazırda onlayn xəbər resursu kimi fəaliyyətini necə lazımdır davam etdirir. 

Görünən odur ki, bu köhnədən qalma ideya elə qəzetlərin özü kimi Azərbaycan mediasının inkişafına mane olmaqdan başqa işə yaramır.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00