Cümə, 17 May

Bolqarıstan 10 rus diplomatı ölkədən qovdu

image

Bolqarıstan 10 rus diplomatını ölkədən çıxarır.

Xəbər verilir ki, bu barədə BGNES agentliyi məlumat yayıb.

“Bolqarıstan orqanlarının təklifi və Baş nazir Kirill Petkovun razılığına əsasən, Bolqarıstan bu gün 10 rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib və onlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib”, - məlumatda qeyd olunub.

Məlumata görə, Rusiyanın bolqarıstandakı səfirliyinin əməkdaşları olan həmin şəxslər ölkədə diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətlər həyata keçiriblər.

Bolqarıstan xarici işlər nazirinin müavini Vasili Georgiyev Rusiyanın bu ölkədəki səfiri Eleonora Mitrofonovaya bununla bağlı nota təqdim edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58