Cümə, 17 May

Ermənistan parlamentində qapalı iclas: Paşinyan Azərbaycanın şərtlərinə cavab verəcək

image

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyası bu gün Baş nazir Nikol Paşinyanın iştirakı ilə iclas keçirəcək.

Xəbər verilir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Erməni nəşri qeyd edir ki, Baş nazirin rəhbərlik etdiyi hakimiyyət parlamentin qarşıdan gələn 4 günlük iclaslarının gündəliyini müzakirə edəcək və hansı təşəbbüslə, hansı mövqedən çıxış etməli olduqlarını dəqiqləşdirəcək.

“Biz Paşinyanın Azərbaycanın təqdim etdiyi 5 bənd haqqında da danışacağını gözləyirik, çünki onlar təkcə cəmiyyətdə deyil, fraksiyada da suallar doğurub. Deputatlar Paşinyanın bu təklifləri necə şərh etdiyini birbaşa bilmək istəyirlər”, - deyə bir mənbə bildirib.

“Joqovurd” yazır: “Vətəndaş Müqaviləsi”nin deputatları da xarici işlər nazirinin iştirakı ilə qapalı iclas çağırmaq istəyirlər. Fraksiyadakı deputatların əksəriyyəti bixəbər olduğu üçün çox şey bilmir və informasiyanı sırf mediadan alır. Ona görə də, ən azı qapalı iclaslar formatında nə gözləndiyini anlamaq istəyirlər – həm onlar üçün, həm də hamımız üçün”, - mənbə bildirib".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58