Cümə axşamı, 02 May

Ukrayna müharibəsi Putin iqtidarına son qoya bilər - Qərbin rəngli inqilab ssenarisi varmı?

image

ABŞ və kollektiv Qərb ümid edir ki, paket-paket sanksiyalar Rusiya xalqının sosial şəraitini ağırlaşdırıb ayağa qaldıracaq və hakimiyyət əleyhinə kütləvi, xaotik etirazlarla müşayiət olunacaq. Bununla Putin iqtidarının ömrünə son qoymaq və Rusiyada rəngli inqilab etmək amerikalı siyasətçilərin ürəyindən keçir.

Nəzərə alaq ki, 2024-cü ildə Rusiyada növbəti prezident seçkiləri keçiriləcək və Putin üçün bu sınaq da ağır keçəcək. Lakin seçkiyə qədər indiki sanksiyaların tamamilə rus xalqını müflisləşdirəcəyi və Putinin üzərinə qaldıracağı ehtimalı istisna deyil. 

Təbii ki, bu etirazlara ABŞ və Qərb qüvvələrinin dəstək verəcəyi şəkk-şübhə doğurmur. Bəs Rusiyada hakimiyyət çevrilişi ola bilərmi? Misirdə, Tunisdə, Liviyada narazı elektoratı küçələrə çıxara bilən, 40 illik diktatorlara qarşı bu amildən yararlanan ABŞ xüsusi xidmət orqanları Rusiyada həmin kartdan niyə istifadə etmir? O da maraqlıdır ki, Qərbin Rusiyada iqtidara gətirmək istədiyi namizəd varmı? Hər halda, bloger Aleksey Navalnı olmaz. Çünki şovinist siyasətçidir və qətiyyən liberal baxışlara malik deyil, baxmayaraq ki, ona sui-qəsdə Qərbdən reaksiyalar gəlmişdi.

Hazırda münaqişələrin uzunmüddətli müharibəyə çevrilməsi ehtimalı daha çoxdur. Döyüş ruhunun aşağı, maddi-texniki təminatın və rəhbərliyin zəif olması səbəbindən Rusiya hərbi qüvvələri irəliləməkdə çətinlik çəkə bilər. Rusiyanın Kiyev kimi şəhərləri küçə-küçə döyüşərək ələ keçirməsi daha çox vaxt ala bilər, uzun sürən mühasirələr yaranar. Bu, 1990-cı illərdəki qanlı müharibə nəticəsində böyük hissəsi dağıdılmış olan Çeçenistanda baş verənlərə - Rusiya qoşunlarının paytaxt Qroznını ələ keçirməsi hadisəsinə bənzəyə bilər.

Qərb ideoloqları isə Rusiyada inqilab ssenariləri haqda baş sındırarkən daha çox buna sanksiyalarla nail olacağına ümid edir. Ukraynaya hücuma başlayanda Vladimir Putin “Hər cür nəticəyə hazırıq” demişdi. Bəs nəticə hakimiyyətini itirməsi olarsa? Təsəvvür etmək çətin ola bilər, amma son günlərdə dünya dəyişdi və bu, artıq imkansız görünmür. “Artıq Moskvada hakimiyyət dəyişikliyi Kiyevdəki hakimiyyət dəyişikliyi qədər realdır”, - “Kings College-nin müharibə tədqiqatları üzrə professoru Sir Lorens Fridman belə yazmışdı. Putin xalqın dəstəyindən məhrum ola bilər. Bəlkə də xalq üsyanı təhlükəsi yaranar. Qərb Putinin yerinə daha mötədil biri gələcəyi təqdirdə bəzi sanksiyaları aradan qaldıracağını, diplomatik münasibətləri yaxşılaşdıra biləcəyini açıqlaya bilər.

Türk gazetecilere keskin nişancı ateşi: Abdullah Ağar o anları anlattı

Abdulla Ağar: “Rusiya sarsılmış kimi görünə bilər, amma ”ölkə dağılır" demək çox tezdir"

Türkiyədə olan təhlükəsizlik məsələləri üzrə ekspert Abdulla Ağarın “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya-Ukrayna  müharibə ilə başladığı gündən indiyə qədər müxtəlif fikirlər səslənir. Türk politoloq hesab edir ki, Rusiyanın dayanış gücü var, amma müharibə onu zamanla yora bilər: “Əgər minlərlə tabut ölkəyə gələrsə, iqtisadi vəziyyət günbəgün pisləşərsə, sizin dediyiniz versiya gerçəkləşə bilər. Amma ”Rusiyada qısa zamanda inqilab olacaq" cümləsini qurmaq üçün hələ tezdir. Çünki böyük dövlətdir, əlində silahları var, əlbəttə, iqtisadi baxımdan çətinlik çəkir, amma Çin, Hindistan kimi bazarlarının olmasını da unutmayaq. Ona görə Rusiya sarsılmış kimi görünə bilər, amma “ölkə dağılır” demək çox tezdir".

A.Ağarın fikrincə, Rusiya böyük bir ölkədir, onu belə asanlıqla çökdürmək asan deyil: “Türk respublikaları ilə əlaqəsi var, isti dənizlərə çıxışı var, heç də onu tam izolyasiya etmək mümkün deyil. Üstəlik, bu müharibənin bilinməyən tərəfləri var. İlk növbədə savaşa kənardan müdaxilə edilir, yəni Qarabağ müharibəsindən fərqlənir. Bu səbəbdən Rusiya-Ukrayna toqquşmaları uzana bilər və müharibənin konkret nə zaman dayanacağını söyləmək çətindir.

Nəzərə alın ki, həm Rusiya, həm Ukrayna ordusunun əlində imkanları var. Sadəcə, rus ordusu girdiyi gündən asta gedir, ağır tərpənir. Ümumiyyətlə, müharibə çətin sürən prosesdir, 600 min kilometr ərazidə tezliklə nəticə əldə etmək olmur. Bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, müharibədə təkcə düşmənlə mücadilə aparmırsan, daxilində də mübarizə gedir, iqlimlə, hər şeylə dirəniş göstərirsən. Ona görə müharibənin nə vaxt bitəcəyini demək mümkünsüzdür”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15