Cümə axşamı, 02 May

Paşinyan Rusiyadan birdəfəlik qurtulmaq istəyir – İrəvan Qərblə anlaşdı

image

“Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi 5 maddəlik sənədə cavab olaraq Ermənistan tərəfi də 5 maddəlik cavab təqdim edib və burada Azərbaycanın maraqlarına uyğun olmayan bəzi ifadələr yer alıb”.

Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O deyib ki, Minsk Qrupunun Ermənistanın Azərbaycanla sülh danışıqlarına cəlb olunması mümkün deyil:

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Ermənistan tərəfinin müraciət etməsi ilə bağlı fikirlər rəsmi İrəvanın təqdim etdiyi sənəddə qeyd olunur və artıq Ermənistanın Minsk Qrupunu danışıqlar prosesinə cəlb etmək istəyi açıq şəkildə özünü büruzə verir.

Ermənistan tərəfi uzun müddətdir ki, Minsk Qrupu formatında danışıqların bərpa olunması cəhdləri həyata keçirir. Lakin 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin həyata keçirdiyi danışıqlar prosesi yalnız işğalçı ilə işğala məruz qalan dövlət arasında bərabərlik işarəsinin qoyulmasından ibarət idi və bu, status-kvonun güclənməsinə xidmət edən addımlar kimi dəyərləndirilirdi. Sanki elə fon yaradılırdı ki, danışıqlar gedir, lakin danışıqlar imitasiya xarakteri daşıyırdı, danışılqar naminə bu proses davam etdirilirdi.

2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan və onun komandası tamamilə danışıqlardan çıxmaq qərarı verdilər, nəticədə İkindi Qarabağ müharibəsi başladı. Lakin hazırkı durumda ATƏT-in Minsk Qrupunun regiona daxil olması heç bir əhəmiyyət daşımır və bunun bir məntiqi anlamı da yoxdur. Çünki Minsk Qrupu artıq fəaliyyətsiz bir struktura çevrilmişdi. Nəinki Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində ATƏT-in Minsk Qrupunun çevik və potensialı olan institutut formasında olmadığını müşahidə edirik.

Dünyada gedən digər probeləmlərə münasibətdə də, Avropada baş verən münaqişələrdə də ATƏT-in hər hansısa taleyüklü məsələlərin həll olunmasında rolu hiss olunmur. Bu baxımdan regionda hazırki geoiqtisadi və geosiyasi imkanların genişləndiyi, iqtisadi əməkdaşlıq üçün münbit bazanın formalaşdığı bir zamanda ATƏT-in Minsk Qrupunun regiona dəvət olunması və burada danışıqlar prosesinə cəlb olunması düşünürəm ki, regionu inkişafdan saxlayacaq, permonent şəkildə gərginliyin yaradılmasına xidmət edəcək.

Bu anlamda Minsk Qrupunun hazırkı proseslərə cəlb olunması mümkün deyil. Lakin Ermənistan tərəfi bu cür cəhdlər göstərir, çünki burada onun Vətən müharibəsində də dəstəkçisi olan Fransa yer alır, digər tərəfdən ABŞ-da güclü erməni lobbisi var.

Rusiya ilə də Ermənistanın müttəfiqlik münasibətləri olsa da, hazırda Azərbaycan da Rusiya tərəfi ilə müttəfiqliyin qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalayıb. Bu, Azərbaycanın təhlükəsizliyini təmin etmək baxımından dəyərləndirilir. Rusiyanın da Minsk Qrupunun regionda danışıqlar prosesinə cəlb olunması ilə bağlı fikri neqativdir və rəsmi Moskva daha çox fikrini 10 noyabr üçtərəfli bəyanatının maddələrinin implementasiyası istiqamətində cəmləşdirib”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15