Bazar, 19 May

Baş nazir: “Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var”

image

Biz daha çox Rusiyadan taxıl idxal edirik”.

Xəbər verilir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Rusiya hökumətinin ixrac rüsumları 28 dollardan 34 dollara qaldırılıb:

"Ötən il Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti idxalçılara 75 milyon manata qədər subsidiya verib”.

Baş nazir deyib ki, Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var:

"Hökumət bu məsələ ilə məşğul olur. Biz taxıl ehtiyatlarımızı kifayət qədər artırmaqla bağlı çalışırıq. Amma mən detalları burada deməyəcəyəm”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41