Bazar, 19 May

NATO hava və raket əleyhinə müdafiənin gücləndirilməsini nəzərdən keçirir

image

"NATO-nun müdafiə nazirləri uzunmüddətli perspektiv üçün bütün sahələrdə təhlükəsizliyin gücləndirilməsi üçün konkret tədbirləri müzakirə edəcəklər".

Xəbər verilir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın hərbi idarələrinin rəhbərlərinin Brüsseldə fövqəladə iclası ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

"Sabah nazirlər bütün sahələrdə uzunmüddətli perspektivdə təhlükəsizliyimizi gücləndirmək üçün konkret tədbirlərin mühüm müzakirəsinə başlayacaqlar. Həmçinin hava və dəniz qüvvələrimizin yerləşdirilməsinin əhəmiyyətli dərəcədə genişləndirilməsini, inteqrasiya olunmuş hava və raket əleyhinə müdafiənin gücləndirilməsini, kibertəhlükəsizliyi və daha böyük təlimləri nəzərdən keçirəcəyik”, - baş katib vurğulayıb.

NATO baş katibi, həmçinin müttəfiqləri alyansın büdcəsinə daha çox investisiya qoymağa çağırıb. Onun sözlərinə görə, müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması investisiyaların əhəmiyyətli dərəcədə artırılmasını tələb edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41