Bazar, 19 May

NK qərarı: ölkədə siqaretlər bahalaşacaq

image

Bu qərar siqaretlərin qiymətində müəyyən artımlara gətirib çıxara bilər.

Bu sözləri iqtisadçı ekspert Elşən Bağırzadə “Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə edilən dəyişiklərlə bağlı danışarkən bildirib.

“Əgər aksiz dərəcələrində artım varsa, şübhəsiz ki, bu, qeyd edilən idxal məhsullarının da son bazar qiymətlərində müəyyən artıma gətirib çıxaracaqdır. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Azərbaycana idxal olunan siqaretin 86%-dən çoxu, idxal olunan tütünün də 80%-ə qədəri Ukraynadan gəlir. Bu idxalda da ciddi problemlərin olacağını nəzərə alsaq, onda ölkədə idxal siqaretlərin qiymətində əhəmiyyətli artım müşahidə oluna bilər“, - ekspert qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabineti ötən gün “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədi üçün 43,0 manatdan 46,5 manata, istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədədi üçün 12,9 manatdan 14 manata qaldırılıb.

Qərar 30 gün sonra qüvvəyə minəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41