Çərşənbə, 01 May

Dünyanın ən böyük lüks yaxtası həbs olundu - 700 milyon dollarlıq yaxtanın FOTOLARI

image

Qərb dövlətlərinin bir-birinin ardınca elan etdiyi sanksiyaların hədəfi rus oliqarxlardır. 

Xəbər verilir ki, İtaliya hökuməti rusiyalı milyarder Andrey Melniçenkoya məxsus dünyanın ən böyük yaxtasına əl qoyub. 

Rusiyalı milyarder Andrey Melniçenko

İtaliyada lövbər salan 700 milyon dollar dəyərindəki 140 metrlik lüks yaxtanın əslində Rusiya prezidenti Putinə məxsus olduğu iddia edilir.

Bermud bayraqlı yaxta İtaliyanın şimalındakı Trieste limanında saxlanılır. 143 metrlik nəhəng yaxtanın dəyəri 530 milyon avrodur.

İtaliya hökuməti dəbdəbəli yaxtanın dünyanın ən böyük yelkənli gəmisi olduğunu bəyan edib. Avropa Birliyinin sanksiya siyahısında olan Andrey Melnişenko Rusiyanın ən böyük kömür şirkəti olan SUEK-in sahibidir. Lakin, yaxtanın əsl sahibinin Rusiya lideri Vladimir Putin olduğu iddia edilir.

İddianı ilk olaraq "New York Times" qəzeti irəli sürüb. Qəzetin yazdığına görə, "Şehrazade" adlı yaxtanın sahibi Rusiya lideridir. İtaliya hakimiyyəti 700 milyon dollarlıq super yaxtanın sahibini araşdırır.

Kayman adaları bayraqlı yaxtanın operatoru Putinin sahibi olduğu iddiasını rədd edir. Şirkət həmçinin iddia edib ki, yaxtanın sahibi embarqo siyahısında olan oliqarxlarda  deyil. Lakin mediada əksini tapan xəbərlərdə "Şehrazadə"nin 2020-2021-ci illər arasında Putinin tez-tez olduğu Soçidə lövbər saldığı da qeyd olunub.

Putin'e ait olduğu iddia edildi: 700 milyon dolarlık süper yata el konuldu  - Yeni Şafak

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42