Çərşənbə axşamı, 07 May

Rusiya Çindən hərbi və iqtisadi yardım istəyib

image

Rusiya Ukraynadakı müharibə ilə bağlı Çindən hərbi texnika və sanksiyalara tab gətirmək üçün iqtisadi yardım istəyib.

Xəbər verilir ki, bu barədə məlumatı ABŞ rəsmiləri yayıb.

Bununla belə, amerikalı rəsmilər Rusiyanın Çindən məhz hansı növ hərbi texnikanı istəməsinə aydınlıq gətirməyiblər.

“Financial Times” isə yazır ki, vəziyyətlə bağlı məlumatlı bir mənbə bildirib ki, Çinin Rusiyaya kömək etməyə hazırlaşa biləcəyinə dair bir neçə əlamətlər fonunda ABŞ öz müttəfiqlərinə xəbərdarlıq etməyə hazırlaşır. ABŞ-ın digər rəsmi şəxsləri isə qeyd edib ki, Rusiyanın bir neçə növ silahı bitmək üzrədir, çünki Ukraynada müharibə artıq 3 həftədir ki, davam edir.

Ağ Ev məsələ barədə hələ ki açıqlama verməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58