Bazar, 05 May

ABŞ vətəndaşları Ukraynada vuruşmaq istəyir  

image

Könüllü əsgər olmaq istəyən ABŞ vətəndaşları Ukrayna səfirliyinə axın edib.

Xəbər verilir ki, Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra Ukrayna tərəfində döyüşmək istəyən minlərlə ABŞ vətəndaşı Ukraynanın Vaşinqtondakı səfirliyinə müraciət edib. Səfirlik qarşısında uzun növbələr yaranıb. Ukrayna Hərbi Attaşesi general-mayor Boris Kremenetski bildirib ki, könüllülər bu müharibənin ədalətli olmadığını düşünürlər, buna görə də kömək etməli olduqlarını hiss edirlər. B. Kremenetski könüllülərin muzdlu olmadığını, sadəcə Ukraynanın azadlıq müharibəsinə xoş niyyətlə dəstək olmaq istədiklərini vuruğulayıb.

Rusiyanın Ukraynaya hücumunun başladığı 24 fevraldan bu günə qədər ən azı 6 min könüllü müraciəti aldıqlarını qeyd edən Kremenetski, könüllülərin əksəriyyətinin hərbi təcrübəyə malik olmadığını bildirib. O, amerikalılara xoş niyyət və dəstəyə görə təşəkkür edib və bildirib ki, rusları ancaq dəmir yumruq və silahla dayandırmaq olar.

Bu vaxta qədər əksəriyyəti keçmiş hərbçi olan 100-ə yaxın amerikalının Ukraynaya getdiyini ifadə edən Kremenetski könüllülərin Polşa üzərindən öz imkanları ilə ölkəyə gedə biləcəklərini bildirib.

Ukraynaya könüllü getmək istəyən qruplara rəhbərlik edən keçmiş kanadalı deputat Boris Vrzesnevski ölkədə minə yaxın insanın könüllü əsgər kimi Ukraynaya getmək istədiyinə diqqət çəkib.

Onu da bildirək ki, Ukrayna hakimiyyəti indiyədək Ukraynadakı müharibəyə qoşulmaq üçün ölkəyə 20 minə yaxın könüllünün gəldiyi barədə məlumat paylaşıb.

Qeyd edək ki, ABŞ səlahiyyətliləri öz vətəndaşlarının Ukraynada müharibəyə getməsini xoş qarşılamasa da, xarici işlər naziri Antoni Blinken “Ukraynadakı vətəndaşlarımızı ölkəni tərk etmələri üçün, Amerikadakılara isə bu ölkəyə getməmələri barədə açıq şəkildə xəbərdarlıq edirik”,- deyə açıqlama verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15