Şənbə, 18 May

ABŞ Polşanın Kiyevə qırıcı verilməsi təklifini rədd etdi

image

ABŞ Polşanın Sovet istehsalı olan hərbi təyyarələrin ABŞ vasitəsilə Kiyevə verilməsi təklifini rədd edib.

Xəbər verilir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi deyib.

“Polşanın təklifi bizim üçün mümkün görünmür”, - Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ hökumətinin ixtiyarında olan döyüş təyyarələrinin Almaniyadakı ABŞ və NATO bazalarından Ukraynaya göndərilməsi bütün alyansı narahat edir:

“Biz bu məsələ ilə bağlı Polşa və digər NATO müttəfiqlərimizlə məsləhətləşmələri davam etdiririk”.

Qeyd edək ki, Polşa arsenalında olan bütün MiQ-29 təyyarələrini (onların 28 ədəd olduğu deyilir – red.) Ukraynaya göndərilmək üçün təcili və pulsuz olaraq ABŞ-ın ixtiyarına verməyə hazır olduğunu bildirib. Burda məqsəd qırıcıların verilməsi məsuliyyətini ABŞ-ın daşımasıdır.

Bununla bərabər, Polşa “ikinci əl” NATO qırıcılarının alınması üçün danışıqlara başlamaq istəyini də ifadə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41