Şənbə, 11 May

Ukraynada 2200-dən çox hərbi obyekt məhv edilib - Rusiya MN

image

Xüsusi əməliyyat başlayandan bu günə kimi Rusiya silahlı qüvvələri Ukraynada 2200-dən çox hərbi obyekti məhv edib.

Xəbər verilir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2203 hərbi infrastruktur obyekti vurulub. Onların arasında Ukrayna silahlı qüvvələrinin 76 komanda məntəqəsi və rabitə mərkəzi, 111 S-300, Buk M-1 və Osa zenit-raket kompleksləri, həmçinin 71 radiolokasiya stansiyası var", -deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkovun sözlərinə görə, “69 təyyarə yerdə, 24 təyyarə havada , 778 tank və digər zirehli döyüş maşını, 77 reaktiv yaylım atəş sistemi, 279 səhra artilleriya qurğusu və minaatan, 553 ədəd xüsusi təyinatlı hərbi texnika, o cümlədən 62 pilotsuz uçuş aparatı məhv edilib”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44