Bazar, 05 May

Azərbaycan cüdoçusunun Ukraynada evini vurublar: “Partlayış olub”

image

“Biz İrpen şəhərində yaşadığımız binanın birinci mərtəbəsində qalırdıq. Məhz həmin evi vurublar”.

Bunu Azərbaycan cüdoçusu İrina Kindzerskayanın həyat yoldaşı Həmid Əliyev deyib.

O, İrina Kindzerskaya ilə birgə yaşadığı Kiyev vilayətinin Buça rayonunda yerləşən İrpen şəhəri atəşə tutularkən evlərinin zərər gördüyünü bildirib. Həmid Əliyevin sözlərinə görə, hazırda evlərini tərk ediblər:

“Evimizin eyvanından keçən qaz borusunu vurublar. Partlayış olub. Bizim ev zərər görüb. Pəncərələr sınıb. Amma şükür Allaha, özümüz sağıq, həmin vaxt evdə olmamışıq. Mənzilin açarını qonşulara vermişik. Nəsə olsa, bizə deyəcəklər. Hazırda yoldayıq. İrina da özünü pis hiss edir. Mənəvi cəhətdən onu sakitləşdirməyə çalışıram”.

O bildirib ki, qalmaq üçün ev problemləri olmayacaq: “İrinanın doğulduğu Xmelnitski vilayətinin Dunayevtsı şəhərinə gedirik. Komendant saatına görə birbaşa ora gedib çata bilməmişik. Dünən gecəni Jitomir vilayətinin bir kəndində keçirmişik. Ukraynalılar bizə yeyib-içmək, qalmağa yer verdilər. Bir qəpik də almadan maşının çənini benzinlə doldurdular”.

Həmid Əliyev yaşadıqları İrpen şəhərində başqa obyektlərin də ciddi zərər gördüyünü bildirib:

“Mənim məşq keçdiyim cüdo zalının 40 metr aralığında yerləşən binanın beşinci mərtəbəsini də vurublar. Bizim bina ilə üzbəüz yolda yerləşən binaya da raket atıblar. Həmçinin yaxınlıqdan atışma səsləri gəlirdi”.

Qeyd edək ki, cütlüyün Bakıda evi yoxdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15