Bazar, 12 May

Ukraynada vurulan texnikanın sayı... - Rusiya açıqladı

image

“Rusiya Silahlı Qüvvələri Kiyevin Lisaya Qora ərazisində ehtiyat texnoloji radio və televiziya mərkəzini yüksək dəqiqlikli silahlarla vurub”.

Xəbər verilir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

O əlavə edib ki, uzun məsafədən yüksək dəqiqlikli zərbə nəticəsində Ukrayna tərəfinin Rusiyaya qarşı psixoloji əməliyyatlar üçün istifadə etdiyi Kiyevin Lisaya Qora ərazisində ehtiyat texnoloji radio-televiziya mərkəzi sıradan çıxarılıb.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, zərbə nəticəsində tələfat və yaşayış binalarının dağıntıları olmayıb.

General bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi əməliyyatlar zamanı 1612 obyekti vurub: “Əməliyyat zamanı ümumilikdə 1612 hədəf, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin 62 komanda məntəqəsi və rabitə mərkəzi, 39 S-300, “Buk M-1” və “Osa” zenit-raket kompleksləri, 52 radar stansiyası vurulub”.

Sözçü həmçinin bildirib ki, Ukraynada keçirilən xüsusi əməliyyat dövründə 49-u yerdə və 13-ü havada olmaqla təyyarə, 606 tank və digər zirehli döyüş texnikası, 67 reaktiv yaylım atəşi sistemi, 227 səhra artilleriya qurğusu və minaatan, 405 ədəd xüsusi təyinatlı hərbi texnika, o cümlədən 53 pilotsuz uçuş aparatı məhv edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44