Bazar ertəsi, 20 May

Dünya Bankı Rusiya və Belarusdakı bütün proqramları dayandırdı

image

Dünya Bankı Ukraynadakı hadisələr fonunda Rusiya və Belarusdakı bütün proqramlarını dayandırdığını açıqlayıb.

Xəbər verilir ki, bu barədə Dünya Bankı Qrupu məlumat yayıb.

“Dünya Bankı Qrupu 2014-cü ildən bəri Rusiyaya heç bir yeni kredit və ya sərmayə qoymağı təsdiqləməyib. Həmçinin, 2020-ci ilin ortalarından Belarus üçün yeni kreditlər təsdiq edilməyib. Rusiyanın Ukraynaya təcavüzü və Ukrayna xalqına qarşı hərbi əməliyyatların başlaması ilə, Dünya Bankı Qrupu Rusiya və Belarusdakı bütün proqramlarını dərhal dayandırıb”, - məlumatda deyilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41