Çərşənbə, 15 May

Polkovnik Aleksandr Oksançenko öldü - Dünyanın bir nömrəli qırıcı pilotu

image

Dünyanın ən yaxşı qırıcı pilotu Oksançenko dünən Rusiyanın Ukraynanın əksər şəhərlərinə etdiyi hücum zamanı ölkəsinin hava məkanını müdafiə edərkən həlak olub.

Xəbər verilir ki, hava döyüşlərində həlak olan Oksançenko dünyanın ən yaxşı qırıcı pilotlarından biri hesab olunurdu.

Polkovnik Aleksandr Oksançenko son günlər Rusiya qırıcılarının Ukraynaya daha çox ziyan vurmaması naminə rus qırıcılarını ölkəsinin hava səmasında yayındırmaqla məşğul olurmuş.

Ukrayna prezidenti Vladimir Zelenski polkovnik Oksançenkoya ölümündən sonra Ukrayna Qəhrəmanı adına layiq görüb.

“Hazırda Ukrayna Qəhrəmanı olan polkovnik Aleksandr Oksançenko hava döyüşündə düşmən təyyarələrini yönləndirərək həlak oldu. O, Ukrayna xalqının əbədi qəhrəmanıdır. Ukrayna xalqı ona minnətdardır”,- Lana Borisova bəyan edib.

Polkovnik Aleksandr Oksançenko dünyanın ən yaxşı qırıcı pilotu olmuş ukraynalıdır. Onun hesabına - iki mindən çox uçuş saatı, əlavə olaraq, akrobatikanın ən mürəkkəb elementlərini qüsursuz yerinə yetirmək kimi qeyri-adi hava hərəkətləri daxil idi.

O, hava şousunda - SIAF, The Royal International Air Tattoo, International Airshow-2017, Czech International Air Fest-də qalibiyyətli uçuşlardan sonra məşhurlaşıb. Bütün dünya onun dəst-xəttini və aerobatika tərzini bilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00