Şənbə, 18 May

Bakıda evdə baş verən yanğın söndürüldü - YENİLƏNİB

image

Bakıda evdə baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10:15

Bakıda fərdi yaşayış evində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində fərdi yaşayış evində yanğın olması ilə bağlı Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41