Bazar, 19 May

AZAL-a yeni vitse-prezident təyin olundu - FOTO

image

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) yeni vitse-prezident təyin olunub.

Verilən məlumata görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Bu vəzifəyə Samir Rzayevə təyin olunub. QSC-nin Prezidenti Cahangir Əsgərov yeni vitse-prezidenti kollektivə təqdim edib.

Cahangir Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb. AZAL prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41