Cümə, 17 May

Ukraynada əsgər müsahibə verərkən bomba partladı: Çaxnaşma anları kameraya düşdü – VİDEO

image

Rusiyanın müstəqilliyini tanıdığı Donbassda bir əsgər müsahibə verərkən bomba partlayıb. Ukraynanın şərqində Donbas bölgəsində artan gərginlik nəticəsində Rusiya prezidenti Vladimir Putin tarixi çıxış edərək Donetsk və Luqanskı rəsmən tanıdığını açıqlayıb. Tanınma qərarından sonra Putin Rusiya silahlı qüvvələrinə Donetsk və Luqanskda sülhün qorunmasını tapşırıb. Beləliklə, Rusiya qüvvələri Ukraynanın şərqindəki Donbas bölgəsinə ayaq basmış olacaq.

Bölgədə gərginlik günü-gündən artarkən, Donbasdan gələn görüntülər narahatlıqları daha da artırıb.

Xəbər verilir ki,Ukrayna əsgəri ilə müsahibə zamanı ötən axşam Rusiyanın müstəqilliyini tanıdığı iki bölgədən biri olan Luqanskda yaxınlıqda bomba düşüb. Ətrafdakı insanlar böyük təşviş içində olarkən həmin anlar saniyələrlə kameralara düşüb. Videoda müsahibə verən əsgər və jurnalistlərin sığınacağa doğru qaçdığı görünür.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58