Cümə axşamı, 16 May

Saakaşvili yenidən aclığa başladı

image

Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.

Məlumata görə, M.Saakaşvili prosesdə çıxışı zamanı müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Gürcü siyasətçi buna səbəb olaraq hazırda saxlanıldığı Rustavi həbsxanasında pis müalicə olunduğunu göstərib.

“Siz (Gürcüstan rəhbərliyi – red.) istəyirsiniz ki, mən belə sakitcə ölüm. Alınmayacaq. Lazım gələrsə, başım dik şəkildə ölərəm. Bu gündən etibarən müddətsiz aclıq aksiyasına başladığımı elan edirəm”, - deyə Saakaşvili qeyd edib.

Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti ötən il oktyabrın 1-i saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00