Demokratik dövlətin məhvinin şahidi olacağıq - Conson
Demokratik dövlətin məhvinin şahidi olacağıq - Conson
Rusiya Prezidenti Vladimir Putinin nə etmək istədiyini dəqiq bilmirik, lakin əlamətlər dəhşətlidir. Ukrayna işğal olunarsa, demokratik dövlətin məhvinin şahidi olacağıq.
Xəbər verilir ki, bu sözləri Böyük Britaniya Baş naziri Boris Conson deyib.
"Ukraynanın mümkün işğalı bütün dünyada şok doğuracaq və dünya üçün həddindən artıq təhlükə yaradacaq. Avropada baş verə biləcək müharibənin astanasında olduğumuz üçün tarixin çox təhlükəli anındayıq”, - Conson bildirib.
Azadsoz.com