Şənbə, 04 May

Moskva Münxen Təhlükəsizlik Konfransını boykot edir

image

Almaniyada fəaliyyətə başlayan 58-ci Münxen Təhlükəsizlik Konfransı (MSK) da Rusiya ilə Qərb arasında iplərin nə qədər sıx olduğunu göstərib.

Xəbər verilir ki, Rusiya Prezidenti Putin öncədən tədbirdə iştirak etəyəcəyini bəyan edib.

Münxen Təhlükəsizlik Konfransında Almaniyanın Vaşinqtondakı keçmiş səfiri, Volfqanq İşinqer Ukrayna böhranının beynəlxalq böhrana çevrilməsi təhlükəsinə diqqət çəkərək deyib ki, bu, son 14 ilin ən mühüm konfransıdır.

Açılış mərasimində çıxış edən BMT-nın Baş katibi Antonio Quterreş Ukraynaya mümkün hücumun fəlakət demək olduğunu vurğulayaraq bildirib ki, vəziyyət “Soyuq Müharibə” dövründə olduğundan daha təhlükəlidir.

Rusiya 1991-ci ildən qatıldığı konfransa bu il aşağı səviyyədə də olsa, nümayəndə göndərməyib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib ki, hər il Münxen Təhlükəsizlik Konfransı bir az da Qərbin tribunasına çevrilir, Rusiyanın iştirakı mənasız olub”.

Sabiq səfir İşinger isə deyib: “Rusiyanın bu fürsəti əldən verməsi təəssüf doğurur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15