Cümə axşamı, 16 May

Bakıda 30 yaşlı şəxsin öldürülməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

image

Bakıda 30 yaşlı şəxsin öldürülməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 13-ü saat 2 radələrində Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Eynulla İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyev aralarında baş vermiş mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib, nəticədə Eynulla İbadov almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

11:00

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə fevralın 13-də saat 02:00 radələrində Biləcəri qəsəbəsi ərazisində Sabirabad rayon sakini 30 yaşlı Eynulla İbadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirilməsi və xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri nəticəsində bu əməlin münaqişə zəminində Biləcəri qəsəbə sakini Y.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00