Cümə axşamı, 16 May

Yevlaxdakı dəhşətli qətlin təfərrüatı ilə bağlı RƏSMİ AÇIQLAMA

image

Daxili İşlər Nazirliyi Yevlax rayon sakini Mehdi Qarayevin bir il öncə həyat yoldaşına balta ilə xəsarət yetirməsi məsələsinə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin yanvar ayında M.Qarayevin həyat yoldaşı Elnarə Qarayevaya xəsarət yetirməsi ilə bağlı Yevlax Rayon Şöbəsinə məlumat daxil olub və məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticəsinə əsasən, M.Qarayev barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 1 il müddətinə azadlıqdan məhrum edilib”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00