Cümə axşamı, 16 May

Gəncədə kişi şəhərdə gəzən arvadına dəhşət yaşatdı — Təfərrüat

image

Gəncə şəhərində 1985-ci il təvəllüdlü Sərdar ailə münaqişəsi zəminində arvadı Nuranəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Məlumata görə, hadisə ötən il noyabrın 8-də, saat 21 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsində baş verib.

Sərdar həmin qəsəbədə yaşadığı fərdi yaşayış evində arvadı Nuranə ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Aralarında baş vermiş mübahisə zamanı Nuranən i döyərək, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2008-ci ildə Nuranə ilə rəsmi qaydada ailə həyatı qurub və birgə nigahdan iki az yaşlı uşaqları var: “Noyabrın 8-də, saat 19 radələrində yaşadığım evə gəldim. Həmin zaman uşaqların küçədə səs-küy salmasını gördüm. Buna görə də Nuranəyə uşaqların niyə məktəbə getmədiyini və dərslərini niyə oxumadıqlarını soruşdum. Nuranə şəhərə getdiklərini, ona görə uşaqları məktəbə getməyə qoymadığını dedi”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman Nuranəyə uşaqları dərsdən yayındırğı üçün irad bildirib: “Nuranə ünvanıma təhqiredici sözlər işlətdi, kitabı üstümə atdı və “get sən öz işinlə məşğul ol” dedi. Nuranəyə acıqlanaraq əri olduğumu, evin kişisi olduğumu, belə hərəkət etməyin düzgün olmadığını dedim. Bu zaman Nuranə yenə də məni təhqir etməyə başladı. Mən də Nuranəni təhqiredici sözlərinə dözmədim, onun sifət və bədən nahiyələrinə bir neçə dəfə vurdum, ona xəsarət yetirdim. Həmin vaxt Nuranəni sifətindən qan axdı. Bundan sonra Nuranə sakitləşməyib, yenə də məni təhqir etdi”. 

Sərdar deyib ki, hadisə vaxtı evdə onlardan başqa heç kəs olmayıb. O bildirib ki, zərərçəkmişə dəymiş ziyanı ödəyib və onunla barışıb. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nuranənin sözlərinə görə, noyabrın 8-də Sərdar Mehman yaşadıqları evə gəlib və onunla evdə mübahisə etməyə başlayıb: “Mən də Sərdarın nə üçün bizi təhqir etməsini, işlədiyi pulu da apararaq arağa verməsini dedim. Bundan sonra Mehman yenə də məni təhqir etməyə başladı. Həmin vaxt çarpayıda oturmuşdum. Bu zaman Sərdar ayaqla qəsdən sifətimin sağ tərəfinə vurdum. Mən də zərbə nəticəsində döşəmənin üstünə yıxıldım. Bundan sonra Sərdar ayağı və əli ilə bədənimin müxtəlif yerlərinə qəsdən vurdu, mənə xəsarət yetirdi. Sonra isə saçımdan tutaraq evdə sürüdü. Bundan sonra Sərdarın əlindən qaçdım. Bu barədə anama telefon vasitəsi ilə zəng edib, ərim tərəfindən döyülməyim barədə dedim. Anamda gəldi, məni xəstəxanaya apardı”. 

Nuranə deyib ki, Sərdarla barışıb, ona qarşı şikayəti yoxdur. 

Bu cinayət işinə Gəncənin Nizami rayon Məhkəməsində baxılıb. 

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınıb. 

Sərdarın barəsində olan cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00