Çərşənbə, 01 May

2032-ci il Avropa çempionatına ev sahibliyi etmək istəyən ölkənin adı bilindi

image

İtaliya 2032-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək istəyir. 

Xəbər verilir ki, İtaliya Futbol Federasiyası turnirə təşkilatçılıq etmək istədikləri barədə UEFA-ya məlumat verib.

Həm 2028, həm də 2032-ci ildə keçiriləcək Avropa çempionatlarını keçirməyə namizəd ölkələrin adları aprelin 5-də açıqlanacaq. Meydan sahibi ilə bağlı yekun qərar isə 2023-cü ilin sentyabrında veriləcək.

Qeyd edək ki, İtaliya daha əvvəl 1968 və 1980-ci illərdəki analoji turnirlərin meydan sahibi olub. Ümumiyyətlə, İtaliyanın sonuncu dəfə keçirdiyi mötəbər turnirdən 32 il keçir. Bu ölkə sonuncu dəfə 1990-cı il dünya çempionatına ev sahibliyi edib.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyanın 10 şəhərində keçiriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42