Şənbə, 18 May

İranda dəhşətin görüntüləri : Arvadının başını kəsib küçədə gəzdirdi - FOTO

image

İranda qan donduran hadisə baş verib. Ölkənin Xuzistan əyalətində bir şəxs saçından tutduğu kəsilmiş başla poza verib və həmin anları sosial media hesabında paylaşıb.

Kəsilmiş başın qatilin həyat yoldaşına aid olduğu bildirilib.

17 yaşlı arvadının başını kəsən qatil ər və onunla əlbir olan qardaşı yerli polis tərəfindən həbs edib. Öldürülən qadının cəsədi evində tapılıb.

Görüntülərin sosial şəbəkələrdə yayılması ölkəni ayağa qaldırıb.

Məlum olub ki, qadın ərinin zorakılığından qaçaraq Türkiyəyə getsə də, yoldaşı onu taparaq İrana qaytarıb və qardaşı ilə əlbir hərəkət edərək arvadının başını kəsib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41